- Koloslulara 3:23-24 - Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin. Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz.
- Qalatiyalılara 5:13 - Qardaşlar, azad olmaq üçün çağırıldınız. Amma azadlığınızı bədənə fürsət vermək üçün istifadə etməyin, əksinə, bir-birinizə məhəbbətlə qulluq edin.
- Efeslilərə 6:7-8 - Qulluq edərkən insanlara yox, Rəbbə qulluq edirmiş kimi ürəkdən qulluq edin. Bilin ki, hər kəs nə yaxşılıq edərsə, Rəbb ondan qarşılığını alacaq; istər qul olsun, istər azad.
Allah Öz Kəlamında bizə bir-birimizə xidmət etməyi əmr edir. Amma həyatımızda elə insanlar və vəziyyətlər olur ki, bu çağırışa əməl etmək heç də asan olmur. Lakin Müqəddəs Kitaba əsaslanan düzgün baxış bizə hər vəziyyətdə itaət etməyə kömək edir. Bunun səbəbi budur: əslində biz insanlara deyil, Rəbbə xidmət edirik. Bu həqiqəti anladıqda, etdiyimiz hər işə münasibətimiz dəyişir. Hər nə etsək — istər sürücü olaq, istər rəhbər, istər müəllim, istərsə də evdə ailəmizə xidmət edək — məqsədimiz Allahı izzətləndirməkdirsə, işimizi Onun verdiyi güclə ən yaxşı şəkildə görəcəyik. Bəzən zəhmətimizin nəticəsini dərhal görməyə bilərik. Hətta başqaları da onu qiymətləndirməyə bilər. Amma Allah Öz məqsədlərini həyata keçirmək üçün bizim xidmətimizdən istifadə edir. Əgər xidmətimizin əsas motivasiyası Rəbbdirsə, onda insanların tərifinə və ya görünən nəticələrə bağlı qalmayacağıq. Bizim üçün ən vacib olan budur: Səmavi Atamız razıdır. O, ürəkdən xidmət edənləri mükafatlandıracağını vəd edib.
Düşüncə
Xidmət edərkən əsas motivasiyanızın Rəbb olduğunu necə xatırlaya və insanların rəylərindən asılılığı necə azalda bilərsiniz?