Müqəddəs Kitab Haqqında
Biz inanırıq ki, Köhnə və Yeni Əhd Yazıları Allah tərəfindən tam və sözbəsöz ilham olunmuşdur, ilkin yazılarda xətasızdır və imanla həyat üçün son səlahiyyətdir (Zəb. 19:7-11; 2 Tim. 3:15-17; 2 Pet. 1:20-21). Allahın Sözü kifayətdir və hər bir ənənə, etiqad və təlimi sınaqdan keçirməlidir (Yeş. 8:20; Mat. 22:29; Həv. 17:11; Qal. 1:8-9). Biz Müqəddəs Yazıları normal tarixi-qrammatik üsulla, ədəbi janrları nəzərə alaraq şərh edirik və Allahın İsrail və Kilsə üçün fərqli proqramını təsdiq edirik (Luka 24:27; Həv. 1:6-7; 1 Kor. 10:32; 2 Tim. 2:15).