- Romalılara 12:9 - Məhəbbətiniz riyasız olsun. Pisliyə nifrət edin, yaxşılığa möhkəm bağlanın.
“Qoy məhəbbətiniz riyasız olsun. Pisliyə nifrət edin, yaxşılığa möhkəm bağlanın.” (Romalılara 12:9) Başqalarını nə qədər həqiqətən sevirsən? Bu ayə bizə başqalarını sevir kimi görünməyi deyil, həqiqətən sevməyi öyrədir. Bəs həqiqi məhəbbət necə görünür? Həqiqi məhəbbət qarşı tərəf üçün ən yaxşı olanı düşünür. O, sadəcə insanları razı salan sözləri demək və onların xoşuna gələn şeyləri etmək deyil. Həqiqi məhəbbət sabitdir. Bir insanın sənə necə münasibət göstərməsindən və ya həmin an özünü necə hiss etməyindən asılı olaraq dəyişmir. Allahın məhəbbəti ilə sevdikdə əsas məsələ həmin insanın necə cavab verməsi deyil, sənin ona necə cavab verməyindir. Həqiqi məhəbbəti — Allahdan gələn məhəbbəti — yaşamaq həmişə asan deyil. Bunun üçün cəsarət lazımdır. Bəzən həmin anda sənə düzgün görünən reaksiyanı kənara qoyub, qarşı tərəfə məhəbbətlə cavab vermək lazımdır. Bu gün sevməyi seçəndə bunun böyük təsiri ola bilər, xüsusilə də Məsihi hələ tanımayan insanlar üçün. Bəlkə də ürəyi yaralı olan birinə bu gün gözlənilməz bir məhəbbət göstər. Məhəbbət göstərməyi seçməklə kimin Məsihə yönəlməsinə səbəb ola biləcəyini heç vaxt bilmirsən. Həqiqi məhəbbət yalnız sözlə deyil, münasibət və davranışla göstərilir.
Düşüncə
Bu gün kimə qarşı məhəbbətlə hərəkət etmək sənin üçün çətindir və necə edə bilərsən ki, bu məhəbbət riyasız olsun?