- Yəhya 14:6 - İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəmlə olmadan heç kim Atanın yanına gələ bilməz».
- Romalılara 3:23 - Çünki hamı günah etdi və Allahın izzətindən məhrum oldu.
İsa bizimlə Allah arasında olan və öz gücümüzlə keçə bilməyəcəyimiz uçurum üzərində qurulan körpüdür.
Bugünkü hissənin 6-cı ayəsində İsa deyir: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəmlə olmadan heç kim Atanın yanına gələ bilməz». Bu necə də güclü və dərin bir bəyanatdır!
İsa Özünü «yol» adlandıranda bir çox insan bunu yalnız bir istiqamətə aparan yol kimi təsəvvür edir. Yəni çox yol var, amma Ataya aparan yalnız biridir. Bu doğrudur, amma vəziyyətimizi daha yaxşı açıqlayan başqa bir təsvir də var.
İsanı sadəcə yol kimi deyil, körpü kimi düşünün. Həvari Pavel Romalılara 3:23-də yazır: «Hamı günah etdi və Allahın izzətindən məhrum oldu». Bizimlə Allah arasında öz gücümüzlə keçə bilməyəcəyimiz böyük bir uçurum var. İnsan nə qədər çalışsa da, bu məsafəni bağlaya bilməz.
Bu uçurumdan keçməyin yalnız bir yolu var — körpü. İsa Məsih bizim üçün həmin körpüdür. O, bizimlə Allah arasında dayanaraq bizi Səmavi Ataya aparan yolu açdı.
Bu gün bu həqiqət üzərində düşünün. Allahın köməyi olmadan biz heç vaxt öz əməllərimizlə Ona yaxınlaşa bilməzdik. Amma İsa Məsih vasitəsilə yol açılıb. Çarmıxın gücü və əhəmiyyəti də məhz bundadır.
Düşüncə
Həyatınızda Allahla aranızda olduğunu hiss etdiyiniz hansı uçurumları İsanın körpüsü ilə aşmağa ehtiyacınız var?