- Mətta 22:35–40 - Onlardan biri, bir qanun alimi İsanı sınamaq üçün soruşdu: «Müəllim, Şəriətdə ən böyük əmr hansıdır?» İsa ona dedi: «“Rəbb Allahını bütün qəlbinlə, bütün canınla və bütün ağlınla sev”. Budur, ən böyük və birinci əmr. İkincisi də buna bənzəyir: “Qonşunu özün kimi sev”. Bütün Şəriət və peyğəmbərlər bu iki əmrə bağlıdır».
- Mətta 7:12 - Beləliklə, insanların sizə necə davranmasını istəyirsinizsə, siz də onlara elə davranın; çünki Şəriət və peyğəmbərlərin məğzi budur.
İsa dedi: «İnsanların sizinlə necə davranmasını istəyirsinizsə, siz də onlarla elə davranın» (Mat. 7:12). Bu prinsip çox vaxt “Qızıl qayda” adlandırılır. Əksər insanlar bunun sağlam münasibətlər üçün yaxşı təməl olduğunu qəbul edir. Amma bunu gündəlik həyatda tətbiq etmək həmişə asan olmur.
Bizə yaxşı davranan insanları sevmək asandır. Bəs insanlar bizi incidəndə, məyus edəndə və ya xoşagəlməz davrananda necə? İsa bizi yalnız seviləsi olduqları zaman deyil, hər zaman insanları sevməyə çağırır. Biz başqalarına sədaqət, dəstək, bağışlama, qəbul və qayğı göstərə bilərik, hətta onların münasibəti istədiyimiz kimi olmasa belə.
İnsanlarla Rəbbin istədiyi şəkildə davrandıqda münasibətlər möhkəmlənir və dərinləşir. Lakin belə sevgi öz gücümüzlə yaranmır. Allah istəyir ki, Müqəddəs Ruhun fəaliyyəti vasitəsilə bu sevgini həyatımızda hasil etsin.
Düşüncə
Bu gün Rəbdən istəyin, sizə elə bir insanı göstərsin ki, siz ona sevgi göstərə biləriniz. Onunla necə davrana bilərsiniz?