- Filipililərə 2:5-7 - Məsih İsada olan bu düşüncəyə sizdə də olsun. O, Allahın surətində olduğu halda Allahla bərabərliyi əlində saxlamalı bir qənimət saymadı, əksinə, özünü heçə sayaraq qul surətini alıb insan bənzərliyində doğuldu.
- Yəhya 13:7-8 - İsa ona cavab verdi: «Etdiyimi sən indi bilmirsən, amma sonra anlayacaqsan». Peter Ona dedi: «Sən heç vaxt ayaqlarımı yuya bilməzsən!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənimlə heç bir şərikliyin olmaz».
- Mətta 20:28 - Belə ki, İnsan Oğlu xidmət olunmağa deyil, xidmət etməyə və bir çoxları uğrunda canını fidyə verməyə gəldi.
- Efeslilərə 2:10 - Çünki biz Allahın işiyik; Ondan gələn yaxşı işləri görməyimiz üçün Məsih İsada yaradılmışıq. Allah bu işləri əvvəlcədən hazırlayıb ki, onlarda yaşayaq.
Şagirdlər Pasxanı İsa ilə birlikdə qeyd etmək üçün süfrə ətrafında toplaşmışdılar. Sonra Məsih heç kimin gözləmədiyi bir şey etdi: su və dəsmal götürdü, on iki şagirdin hər birinin qarşısında diz çökdü və onların ayaqlarını yudu. Peter əvvəlcə etiraz etdi. Müəllimin şagirdlərinə belə xidmət etməsi ona düzgün görünmürdü. Lakin İsa izah etdi ki, Peter sonradan bu hərəkətin mənasını anlayacaq. Həmin anda İsa xidmətinin əsl mahiyyətini göstərirdi: O, bu dünyaya xidmət etmək üçün gəlmişdi. Tamamilə ağasına məxsus olan hər hansı bir qul evdəki xidmətçilər arasında ən aşağı mövqedə olan kəs idi və evə daxil olan insanların ayaqlarını yumaq kimi xoşagəlməz işi görürdü. Məhz Məsih həmin axşam — mühakiməsindən və iztirablarından az əvvəl — bu işi könüllü olaraq yerinə yetirdi. Onun şagirdlərinin ayaqlarındakı tozu yuyarkən göstərdiyi təvazökarlıq növbəti gün göstərəcəyi daha böyük xidmətə işarə edirdi: O, çarmıxda ölərək bəşəriyyətin günahının utancını və cəzasını Öz üzərinə götürəcəkdi. Efeslilərə 2:10 ayəsində deyilir ki, biz imanlılar yaxşı işlər görmək üçün yaradılmışıq. Biz ağamıza xidmət etmək üçün xilas olmuşuq. Özümüzü Rəbbə həsr etdikdə həyatımız özümüzü yüksəltmək istəyi ilə deyil, Məsihin xarakterini əks etdirən təvazökar xidmətlə xarakterizə olunmağa başlayır.
Düşüncə
Bu gün başqalarına xidmət etmək üçün hansı fürsətlərdən istifadə edə bilərsiniz və bu, İsanın çarmıxdakı qurbanını necə xatırladır?