- Mətta 26:13 - Həqiqətən sizə deyirəm: Müjdə dünyanın harasında təbliğ olunsa, bu qadının etdiyi də onun xatirəsi üçün danışılacaq.
- Yeremya 17:10 - Mən Rəbb ürəyi yoxlayıram, qəlbləri sınaqdan keçirirəm. Hər kəsə onun yollarına, əməllərinin bəhrəsinə görə qarşılıq verirəm.
Ara sıra hər bir imanlı haqsız tənqid və ittihamla qarşılaşır. Xüsusilə də Rəbb üçün ürəkdən etdiyimiz bir şeyi başqaları səhv başa düşəndə bu daha ağır olur. Bir qadın çox bahalı ətiri götürüb İsanın başına tökdü. Bu, sevgi və ibadət hərəkəti idi. Amma zahirdə heç bir “nəticə” görünmürdü — heç kim xilas olmadı, heç bir ölçülə bilən uğur yox idi. Üstəlik, qadın tənqid olundu. Onun etdiyini israf, məntiqsiz və məsuliyyətsiz saydılar. Amma İsa belə düşünmədi. Rəbb bu qadının hərəkətini yüksək qiymətləndirdi və dedi ki, onun etdikləri yadda qalacaq. İnsanlar bunu anlamasa da, İsa onun ürəyini gördü. Biz də bəzən düşünürük: “Görəsən Allah mənim etdiklərimi görürmü?” Xüsusilə də xidmətimiz başqaları tərəfindən anlaşılmayanda və ya tənqid olunanda. Amma Allah ürəyin dərinliyini görür. İnsanlar başa düşməsə belə, ən vacib olan Onun razılığıdır.
Düşüncə
Xidmətiniz başqaları tərəfindən yanlış anlaşıldıqda, diqqətinizi insanların rəyinə yox, Allahın baxışına yönəltmək üçün nə edə bilərsiniz?