- Matta 5:39 - Mən isə sizə deyirəm: Pisliyə müqavimət göstərməyin. Əksinə, kim sənin sağ yanağına vursa, ona o biri yanağını da çevir.
- Matta 5:44 - Mən isə sizə deyirəm: Düşmənlərinizi sevin və sizi təqib edənlər üçün dua edin ki, göydə olan Atanızın övladları olasınız.
- Filipililərə 2:6 - O, Allah surətində olsa da, Allaha bərabərliyi qəsb olunmalı bir şey saymadı,
- Filipililərə 2:7 - əksinə, Özünü boşaldaraq qul surətini aldı və insanlara bənzədi. Görünüşcə insan olaraq Özünü alçaltdı
- Filipililərə 2:8 - və ölümə, hətta çarmıx ölümünə qədər itaətkar oldu.
“Düşmənlərinizi sevin və sizi təqib edənlər üçün dua edin.”
Səmavi Padşahlığın bəzi prinsiplər bizim insan düşüncəmizə uyğun gəlmir. Məsələn, İsa deyir ki, biri səni vurarsa, digər yanağını da çevir. Açığı, bunu etmək heç də asan deyil.
Biz bilirik ki, Allah bizi sevir və bu sevgini qazanmaq mümkün deyil — bu, lütfdür. Amma eyni zamanda biz də bu sevgini başqalarına göstərməyə çağırılmışıq.
Bu gün insanlar çox vaxt öz haqlarından danışır. Amma İsa bizi başqa şeyə çağırır — Onun kimi olmaq və bəzən öz haqlarımızdan keçmək.
Allah istəyir ki, biz: • yalnız bizi sevənləri yox, • bizə qarşı yanlış edənləri də sevək
Çünki İsa deyir: Əgər yalnız səni sevənləri sevirsənsə, bunun nə fərqi var?
Əsas həqiqət:
Ən güclü şəhadətimiz — Allahın sevgisini başqalarına göstərməkdir.
Bunu təkbaşına etmək çətindir. Amma Müqəddəs Ruh imanlıların daxilində yaşayır və bizə bu mümkün görünməyən şeyi etməyə kömək edir.
Allahın sevgisi bizim vasitəmizlə işləyir. Və bu — böyük bir çağırışdır.
Düşüncə
Allahın sevgisini başqalarına göstərməkdə qarşılaşdığınız çətinliklər nələrdir və Müqəddəs Ruhun sizə necə kömək etdiyini hiss etmisinizmi?