- Efeslilərə 2:8-9 - Çünki siz iman vasitəsilə lütflə xilas olmusunuz. Bu, sizdən deyil, Allahın ənamıdır. Əməllərin nəticəsi deyil ki, heç kim öyünməsin.
- Yəhya 5:24 - Doğrusunu, doğrusunu sizə deyirəm: Sözümü eşidib Məni Göndərənə iman edənin əbədi həyatı var. O, mühakiməyə düşməz, artıq ölümdən həyata keçib.
- Romalılara 5:1 - Buna görə də imanla saleh sayıldığımıza görə Rəbbimiz İsa Məsih vasitəsilə Allahla sülh içindəyik.
- Efeslilərə 1:6 - Özünün çox sevdiyi Oğlunda bizə bəxş etdiyi lütfün şöhrəti təriflənsin.
Bəzən lütfü qəbul etmək insanlara çətin görünür. Elə düşünürlər ki, Məsihə iman etdikdən sonra Allahın məhəbbətini və razılığını qorumaq üçün müəyyən qaydalarla yaşamaq lazımdır. Lakin bu düşüncə lütfü qanunçuluqla qarışdırır. Müqəddəs Kitab öyrədir ki, biz yalnız Allahın lütfü ilə, yalnız Məsihə iman vasitəsilə xilas olmuşuq. Xilas əməllərlə qazanılmır və əməllərlə qorunmur. Allahın övladı olduqdan sonra imanlı Onun sevgisini və qəbulunu qazanmağa çalışmır. Allah artıq onu Məsihdə tam qəbul edib. Buna görə də itaət və xidmət xilası saxlamağın şərti deyil, Allahın lütfünə və məhəbbətinə minnətdarlığın nəticəsi olaraq baş verir. Qanunçuluq insanı günahkarlıq hissi və qorxu altında saxlayır. Lütf isə bizi bu əsarətdən azad edir. Allahın məhəbbətinin dəyişmədiyini bildikcə, Ona sevgi ilə itaət etmək və xidmət etmək üçün ürəyimizdə həvəs yaranır. Lütfü düzgün başa düşən imanlı anlayır ki, lütf bizi təkcə günahdan azad etmir, həm də Rəbbə itaət etməyə və Onun bizim üçün etdiyi hər şeyə görə sevgi və minnətdarlıqla Ona xidmət etməyə təşviq edir. Müqəddəs Ruh onun daxilində işləyərək Allahı razı salan həyat yaşaması üçün ona güc verir.
Dua: Səmavi Ata, Sənin lütfünə görə Sənə təşəkkür edirəm. Mən bilirəm ki, Məsihə iman etdiyim üçün Sənin tərəfindən tam qəbul olunmuşam. Qoy həyatım qorxudan və ya günahkarlıq hissindən deyil, Sənə olan sevgi və minnətdarlıqdan doğan itaət və xidmətlə dolu olsun. Müqəddəs Ruhun məni hər gün bu yolda möhkəmləndirsin. Amin.
Düşüncə
Sizcə, Allahın sizi artıq tam qəbul etdiyini dərk etmək, günahkarlıq hissi ilə mübarizənizə necə təsir edə bilər?