- Yəhya 3:16-17 - Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi. Belə ki, Ona iman edən hər kəs məhv olmasın, lakin əbədi həyata malik olsun. Allah Oğlunu dünyanı mühakimə etmək üçün deyil, dünya Onun vasitəsilə xilas olsun deyə göndərdi.
İsa Məsih vasitəsilə xilas qapısı açıqdır. Bizə yalnız bu qapıdan daxil olmaq qalır. İsa Məsihə iman vasitəsilə Allahın övladları oluruq. Artıq səmavi Atamızdan ayrı deyilik, Onun ailəsinin sevimli üzvləriyik. Müjdənin əsasında məhz bu həqiqət və Allahın sevgisi dayanır. Yəhya 3:16 bu həqiqəti gözəl ifadə edir: «Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi». Bu ayəni uşaqlara bazar günü dərslərində öyrədir, insanlara Allahın sevgisini elan etmək üçün müxtəlif yerlərdə paylaşırıq. Bəs növbəti ayədə nə deyilir? Yəhya 3:17 bildirir ki, Allah Oğlunu dünyanı mühakimə etmək üçün deyil, dünya Onun vasitəsilə xilas olsun deyə göndərdi. Deməli, İsa insanları ittiham etmək üçün deyil, onları xilas etmək üçün gəldi. Yəhyanın təsvir etdiyi məhkumluq Allahın insanların qüsurlarına görə onlara tətbiq etdiyi bir cəza deyil. Bu, günahda qalmağı və Allahdan ayrı yaşamağı seçməyin nəticəsidir. Ata Allahın bizə olan sevgisi Onu barışıq yolunu hazırlamağa sövq etdi. O, bizi Özündən uzaq görmək deyil, Özü ilə barışmış görmək istəyir. Allah Öz sevgisini bütün insanlara təqdim edir və hər kəsi İsa Məsihə iman vasitəsilə Ona gəlməyə dəvət edir. Qapı açıqdır. Əsas sual budur: biz bu qapıdan daxil olacağıqmı?
Düşüncə
Siz bu gün Allahın sizə açdığı xilas qapısından keçməyə hazırsınızmı?